README.az.md
sway i3-ə uyğun Wayland kompozitorudur. Tez-tez verilən sualları oxuyun. IRC kanalına qoşulun ("irc.libera.chat"-da #sway).
Buraxılışlar E88F5E48 ilə imzalanıb və GitHub-da dərc edilib.
Sway bir çox distributivdə mövcuddur. Öz distributiviniz üçün "sway" paketini quraşdırmağa çalışın.
Test və ya inkişaf üçün sway və wlroots-un HEAD-ini qurmaq istəyirsinizsə, bu viki səhifəsini nəzərdən keçirin.
Asılılıqları quraşdırın:
* Kompilyasiya asılılıqları
Bu əmrləri icra edin:
meson setup build/
ninja -C build/
sudo ninja -C build/ install
Əgər artıq i3-dən istifadə edirsinizsə, i3 konfiqurasiyanızı ~/.config/sway/config
ünvanına köçürün və o, dərhal işləyəcək. Əks halda, nümunə konfiqurasiya faylını
~/.config/sway/config ünvanına köçürün. O, adətən /etc/sway/config ünvanında yerləşir.
Konfiqurasiya haqqında məlumat üçün man 5 sway əmrini icra edin.
TTY-dan sway-ı işə salın. Bəzi ekran menecerləri işləyə bilər, lakin sway tərəfindən
dəstəklənmir (gdm-in kifayət qədər yaxşı işlədiyi məlumdur).